• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1184
— 28.02.2020 13:39

Şəmkirdə oğru qarət etdiyi evi istirahət mərkəzinə çevirib

KepezTV Player

Samux sakini Şəmkirdə silsilə oğurluqlar törədib. Elfaq Süleymanov Şiştəpə və Seyfəli kəndlərində nə az nə çox düz on mənzili qarət edib. Hətta qarət etdiyi evlərdən birində 5 gün gecələyərək əməllicə istirahət edib. Elfaq Süleymanovun daxil olduğu mənzildə əsas hədəfi pul, qızıl-zinət və digər qiymətli əşyalar olub. Şəmkir polisi həmin şəxsi saxlayaraq məsuliyyətə cəlb edib. Araşdırmalar davam etdirilir.