• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2066
— 28.02.2020 12:12

Qabaqlaycı tədbirlər başa çatdırılıb

KepezTV Player

İlin əvvəlindən Kəlbəcər Rayon Baytarlıq İdarəsinin 8 sahə məntəqəsi tərəfindən ayrı-ayrı rayonlardakı şəxsi təsərrüfatlarda aparılan peyvəndləmə işləri yekunlaşıb. 9 min 42 baş iribuynuzlu, 207  baş təkdırnaqlı heyvanda qarayara, 930  baş sahibli ev itində quduzluq, 6 min 962 baş ev quşunda nyukasıl xəstəliklərinə qarşı peyvəndlər tətbiq edilib. Həmçinin dezinfeksiya işləri də görülüb. İti yoluxucu xəstəliklər barədə fermerlər arasında maariflənmə işi aparılıb, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilib. Kəlbəcər rayon sakinləri tərəfindən 155 min xırda, 23 min 438 iri, 83 min 697 baş quş və 874 baş tək dırnaqlı heyvan bəslənir.

Mirzəli Məmmədov - Kəlbəcər Rayon Baytarlıq İdarəsinin rəisi: Bizdə rüb üzrə aparılır. Hər bir rübdə peyvəndlər vaxtında çatdırılır. Bizdə təyin olunan vaxtda yerlərdə tədbirləri həyata keçiririk. Gələcəkdə isə iri buynuzlu heyvanlarda dabaq, xırda buynuzlularda çiçək xəstəliyidir, qan nümunələri götürülür. Həmçinin qürd xəstəliyidir, katoloji müayinələr aparılır və tədbirlər rüblər üzrə aparılacaqdı.