• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1858
— 28.02.2020 12:05

Azərbaycanda koronavirusa görə qərargah yaradıldı

KepezTV Player

Koronavirusun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb. Ölkə ərazisində monitorinqin aparılması üçün aidiyyəti sahə mütəxəssislərindən ibarət ekspert qrupları təşkil olunub. Qərargahın 012 492 41 61, 012 492 75 54, 012 505 03 30, 012 505 13 33 nömrəli qaynar xətləri bu gün saat 10:00-dan fəaliyyət göstərir.