• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1772
— 28.02.2020 10:51

DS markası salonunda saman olan ilk elektrokarını göstərib

Citroen şirkətinin premium DS markası Aero Sport Lounge konseptini nümayiş etdirib .

Krossoverin uzunluğu beş metrə çatır, onun maili damı isə, aerodinamika baxımından düşünülən bir elementdir. Avtomobilin ön hissəsi, o cümlədən yalançı radiator barmaqlığı da, mürəkkəb formaya malikdir. Bundan əlavə, konsept 23-düymlük təkər diskləri ilə təchiz edilib.

Səfər haqqında məlumat proyeksiya sisteminin köməkliyi ilə alın şüşəsində göstərilir. Avtomobilin funksiyalarını isə,  Iris virtual köməkçisi ilə qarşılıqlı əlaqə yaradaraq həm jestlər, həm də səslə idarə etmək olar.

Aero Sport Lounge güc qurğusu, Formula E çempionatında yarışan DS Techeetah bolidində istifadə olunan texnologiyalara əsaslanır. Konsept, 110 kilovat-saatlıq batareyadan qidalanan 680 at qüvvəli elektrik mühərriki ilə hərəkətə gəlir. Dolu batareya ilə, prototip 650 kilometr məsafəni qət edə bilər. 0-dan 100 km/saat həddinə qədər sürətlənmə 2,8 saniyəyə baş verir.

DS şirkəti Aero Sport Lounge konseptini "növbəti əsərlərin müqəddiməsi" adlandırır.