• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1030
— 27.02.2020 20:40

Qərb derbisində "Turan Tovuz qalib gəldi

KepezTV Player

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 17-ci tura start verilib. İlk oyun günü qərb derbisi baş tutub. Gəncədə “Kəpəz” “Turan Tovuz”u qəbul edib. Qarşılaşmanın ilk yarısında meydan sahibləri bir neçə vəziyyətdə qola yaxın olsalar da, hesab açılmayıb. İkinci hissəyə qonaqlar hücumlarla başlayıblar. Bunun nəticəsi kimi tovuzlular 4 dəqiqə ərzində iki top vurublar. Əvvəlcə 58-ci dəqiqədə Elçin Qasımov komandasını önə keçirib. 62-ci dəqiqədə fərq böyüyüb. Fərid Məmmədov hesabı 0:2 edib. Gəncəlilərin gücü isə yalnız təsəlli qoluna çatıb. Əsas vaxta artırılan əlavə dəqiqələrdə Novruz Məmmədovun zərbəsi rəqib müdafiəçiyə dəyərək tora düşüb. Yekun nəticə “Kəpəz” 1 “Turan Tovuz” 2.