• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1394
— 27.02.2020 20:16

Şəhərin mərkəzində sürücü təhlükəli manevrlər etdi

KepezTV Player

Azərbaycanda avtoxuliqanlara və yol hərəkəti qaydalarına məhəl qoymadan avtomobil idarə edən sürücülərə qarşı Dövlət Yol Polisi tərəfindən sərt tədbirlərin görülməsinə baxmayaraq, belə sürücülər yenə də var. Hətta Bakı şəhərinin mərkəzi küçələrində üzərində konstruksiya dəyişikliyi edilən, heç bir qadağanedici nişanların, işıqforların tələbinə riayət etməyən və yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülərə rast gəlmək mümkündür. Müşahidələr göstərir ki, belə qanunazidd əməlləri sürücülər adətən Rusiyada istehsal edilən VAZ markalı avtomobillərlə edirlər. Hazırda görəcəyiniz kadrlarda da“VAZ 2107” markalı avtomobilin sürücüsü Bakının mərkəzində təhlükəli manevrlər edir.Bülbül küçəsi ilə Zərifə Əliyeva prospektinin kəsişməsində 90-HX-242 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobilin sürücüsü digər nəqliyyat vasitələrinin sürücülərini çətin vəziyyətə salır. Daha sonra həmin sürücü işıqforun qırmızı işığının tələblərini pozaraq heç nə olmamış kimi hərəkətinə davam edir.