• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1349
— 27.02.2020 12:38

Səudiyyə Ərəbistanı zəvvarların ölkəyə girişini dayandırır

KepezTV Player

Səudiyyə Ərəbistanı ölkə ərazisində koronavirusunun yayılmasının qarşısını almaq üçün bir sıra tədbirlər tətbiq edib. Bu barədə Krallığın Xarici İşlər Nazirliyindən bildiriblər. Hökumət Ümrə ziyarəti məqsədi ilə gələn şəxslərin ölkəyə girişinin dayandırılması barədə qərar qəbul edib. Bundan əlavə, yeni növ koronavirusun yayıldığı ölkələrdən Krallığın ərazisinə səfərlərə qadağa qoyulub. Hökumət həmçinin Fars Körfəzi ölkələrinin Əməkdaşlıq Şurasının üzv dövlətlərinin vətəndaşlarına ölkəyə giriş-çıxışda pasport əvəzinə şəxsiyyət vəsiqəsinin istifadə edilməsinə də məhdudiyyətlər tətbiq edib.