• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1409
— 27.02.2020 12:37

Məktəblərdə tədris müddətinin dəyişə biləcəyi hallar açıqlanıb

KepezTV Player

Azərbaycanda beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının tədris müddəti dəyişdirilə bilər. Bu, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında" qərarında öz əksini tapıb.Qeyd olunur ki, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının - kurikulumların tədrisi üçün ümumi təhsil müəssisəsi tərəfindən bu sənədlə müəyyən olunmuş tədris ili müddətindən fərqli müddətlər müəyyən edilə bilər.Həmçinin bildirilir ki, fövqəladə hadisələrlə bağlı respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər Nazirlər Kabinetinin qərarı, bu və ya digər səbəbdən ayrı-ayrı ümumi təhsil müəssisələrində isə Təhsil Nazirliyinin əmri əsasında həyata keçirilir.