• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1277
— 27.02.2020 12:28

Azərbaycandan Gürcüstana nəqliyyat əlaqəsində məhdudiyyət yoxdur

KepezTV Player

Gürcüstana yollanan avtobusların gediş-gəlişində heç bir məhdudiyyət yoxdur.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin məlumatına görə, iki ölkə arasında olan sərhəddə yaranmış məhdudiyyət barədə quruma məlumat daxil olmayıb.

"Əgər avtobusların gediş-gəlişində hər hansısa məhdudiyyət yaranarsa, bu barədə sərnişinlərə bildiriləcək". "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən də hər hansı bir məhdudiyyətin olmadığı bildirilib:"Bu günədək sərnişinlər arasında koronavirusa yoluxma halı qeydə alınmayıb. Sərnişinlərdən xahiş olunur ki, əgər onlar özlərində narahatlıq hiss edərlərsə, qızdırma, tənəffüs yollarında problem yaranarsa, qatar bələdçilərinə müraciət etsinlər", - deyə məlumatda vurğulanır. Ötən gün Gürcüstanda koronavirusa ilk yoluxma halı qeydə alınıb. Təhlükəli virus Azərbaycan vasitəsilə İrandan vətənə qayıdan Gürcüstan vətəndaşında aşkarlanıb. Onun vəziyyəti hazırda sabit qiymətləndirilir.

Araşdırma zamanı həmin şəxsin gömrük nəzarətindən keçməsini əks etdirən kadrlar ciddi təhlil edilib və Astara gömrük-keçid məntəqəsindəki yoxlama anında onun hərarətinin norma daxilində olduğu müəyyənləşdirilib, səhhətində şübhə doğuran əlamətlərin qeydə alınmadığı aşkar edilib.