• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1303
— 26.02.2020 16:15

Yeni laboratoriyalar istifadəyə verilib

KepezTV Player

Heyvandarlığın müxtəlif sahələri ilə məşğul olan fermerlərin müraciətlərinə operativ formada cavab vermək, müxtəlif heyvandarlıq məhsullarının keyfiyyət tərkibinin yoxlanılması məqsədilə Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda müasir tələblərə cavab verən laboratoriyalar quraşdılıb. Yeni laboratoriyalar qərb bölgəsində heyvandarlıqla məşğul olan fermerlərə xidmət göstərəcək. Heyvandarlığın müxtəlif sahələri üzrə əldə olunan məhsulların keyfiyyətinin, tərkibinin müəyyən edilməsi laboratoriyaların iş prinsipinə aid edilib. Quraşdırılan yeni avadanlıqlar vasitəsilə kimyəvi analizlərin aparılması, məhsulların növünün müəyyən edilməsi kimi xidmətlər də göstəriləcək.

Mahir Hacıyev - HETİ-nin direktoru: Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun 3 laboratoriyası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tam müasir avadanlıqlarla təmin olunmuşdur.Quşçuluq laboratoriyasının təchizatı inkubasiya yumurtalarının birbaşa keyfiyyətinə nəzarət və keyfiyyətinin təyin olunması istiqamətində elmi tədqiqat işlərinin aparılması nəzərdə tutulub.Süd istehsalının laboratoriyası südün kimyəvi analizləri keyfiyyət analizlərinin aparılması məqsədilə yaradılıb.