Bu günə xəbərlərin oxunma sayı: 666
—
26.02.2020 16:12
Soyqırım qurbanlarının xatirəsi anıldı
KepezTV Player
Gəncədə, Yeni Qəsəbə 2-də Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbir iştirakçıları soyqırım qurbanlarının xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri qoyublar. 1992-ci ilin dəhşətli fevral gecəsində baş verən tükürpədici hadisədə həyatını itirənlərin xatirəsi dərin hüznlə yad edilib, onların ruhuna dualar oxunub. Daha sonra Gəncə Dövlət Dram Teatrının kollektivinin hazırladığı bədii-kompozisiya nümayiş olunub.
- Baxış: 630