• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1958
— 26.02.2020 11:42

Qoruyucu maskalardan düzgün istifadə qaydaları açıqlandı

KepezTV Player

Ümumdünya Səhiyyə Təşkilatı tibbi maskalardan düzgün istifadə qaydalarını açıqlayıb. Ağız və burun maska ilə tam bağlanılmalıdır. Maska taxarkən əmin olmaq lazımdır ki, üzlə maska arasında boşluq qalmayıb. Maskadan istifadə edərkən ona toxunmaq olmaz. Əgər maskaya toxunulacaqsa, onda əllər spirt məhlulu ilə təmizlənməli və ya sabun və su ilə yuyulmalıdır. Maska nəm olarkən onu yenisi ilə əvəz etmək lazımdır. Tək istifadəlik maskaları yenidən istifadə etmək olmaz. Maska taxmazdan əvvəl əllər spirt məhlulu ilə təmizlənməli, yaxud sabun və su ilə yuyulmalıdır. Maskalar üzdən ipləri tutaraq çıxarılmalıdır, maskanın ön hissəsinə toxunulmamalıdır. İstifadə edilmiş maska dərhal qapalı zibil qutusuna atılmalıdır. Əllər isə spirt məhlulu ilə təmizlənməli və ya sabun və su ilə yuyulmalıdır.