• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1039
— 25.02.2020 20:36

Rus bölməsində 3 mərkəzdə müsahibə aparılır

KepezTV Player

Gəncə şəhərində bu tədris ilində 19 məktəbdə rus bölməsində 674 şagird məktəbə hazırlıq qrupunda təhsil alır. Fevralın 24-dən başlayaraq hazırlıq qruplarına cəlb olunan uşaqlar şəhərin 4, 32 və 39 nömrəli məktəblərində mərkəzləşmiş qaydada dil qabiliyyətindən müsahibədən keçirlər. Müsahibələri şəhər təhsil idarəsinin 3 iniskpektoru aparır. Burada dinləmə, ünsiyyət qurma bacarığı yoxalanılır. Həmçinin uşaq ailəsi, özü haqqında da sualları cavablandırır. Bundan başqa onlara əyani vastələrdən istifadə olunmaqla da suallar da təqdim olunur. Proses mərkəzləşmiş qaydada kamera vastəsi ilə Təhsil Nazirliyi tərəfindən izlənilir.

Yasin Məmmədov Gəncə Şəhər Təhsil İdarəsinin əməkdaşı:Hər mərkəzdə gün ərzində 40 uşaq müsahibədən keçir ki, qeyri məqbul alan 1-2 uşaq olar. Onlar faktiki olaraq hazırlıq qrupunda oxuyan uşaqlardı. 1-2 uşaq isə heç anlaşı olmayan şagirdlərdi ki, onların götürmə qabiliyyətləri yoxdu. Bunların rus bölməsində oxuması təbii ki, həm valideyn və müəllim üçün çətinlik yaradır

Rus bölməsində birinci sinfə gedəcək şagirdlərin dil qabiliyyətindən müsahibədən keçmək haqqında məlumat  bir gün sonra valideynin mobil telefon nömrəsinə mesaj olaraq göndərilir.

Mehriban Məmmədova valideyn:Nəvəm rus bölməsində şahmat məktəbinə, rəssamlığa, gimnastikaya gedir. İstiyirəm nəvəm 39 nömrəli məktəbdə rus bölməsində təhsilini davam elətdirsin. Ona görədə rus bölməsində müsahibə mərhələsinə gətirmişəm.

Manya Hüseynova valideyn:Nəvəmi gətirmişdim. Bu məktəb xoşuma gəldiyi üçün gətirdim ki, burada təhsil alsın. Uşaq bu neçə aylarda yaxşı öyrəndi. İmtahandan da deyəsən keçib. Təşəkkürümü bildirirəm

Rus bölməsində birinci sinfə gedəcək şagirdlərin dil qabiliyyətindən müsahibələri martın 3-dək davam edəcək. Martın 13-dən isə Azərbaycan və rus bölməsində oxuyacaq şagirdlərin elektron qaydada məktəb seçiminə başlanılacaq.