• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1259
— 25.02.2020 20:33

Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub

KepezTV Player

Gəncə Gənclər Evində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib. İki hissədən ibarət tədbir Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi, Gənclər Evinin birgə təşkilatçılığı ilə reallaşıb. Rəsmi hissədə şəhər ictimaiyyətinin nümayəndələri, həmçinin, Xocalı soyqırımının canlı şahidləri çıxış ediblər. Ardınca, 28 il öncə yaşanan dəhşətlərdən bəhs edən videoçarx  nümayiş olunub. Bədii hissədə isə Gənclər Evinin nəzdində fəaliyyət göstərən teatr klubunun səhnələşdirdiyi tamaşa iştirakçılarının ixtiyarına verilib. “Cəbhədən gələn məktublar” adlı səhnə əsərində Azərbaycanın qəhrəman oğlu Mübariz İbrahimovun həyat hekayəsi də öz əskini tapıb.

Rəşad Əlizadə Gənclər və İdman Baş İdarəsinin sektor müdiri:Tədbir gənclərə vətənpərvərlik hissinin aşılanması ilə bağlıdır. Tədbirdə həmçinin, Xocalı soyqırımını gözləri ilə görən sakinlər də iştirak edir. Onlar da öz təsərrüatlarını bölüşürlər..

Gülçin Mehdiyeva teatr klubunun rəhbəri:Vətənpərvərlik mövzusunda tamaşa hazırlamışıq. Xalqımızın qəhrəmanlığı, onun keçdiyi şərəfli həyat yolunu hazırladığımız tamaşa ilə təqdim etdik.