• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1255
— 25.02.2020 20:30

Soyqırım qurbanları anılıb

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetində 26 fevral – Xocalı Soyqırımının 28-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib. Ermənilərin Xocalıda törətdikləri qətliam, amansızlıq və vəhşilik təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönələn ən dəhşətli vandalizm aktı kimi dəyərləndirilib. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis fevralın 26-nı Xocalı Soyqırımı Günü elan edib. Bu gün də dünya ictimaiyyətinin Xocalı həqiqətləri barədə məlumatlandırılması istiqamətində işlər davam etdirilir. Sonda tələbələrin hazırladığı kompozisiya nümayiş olunub, Xocalı Soyqırımı haqqında çəkilən sənədli film izlənilib.