• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1071
— 25.02.2020 16:38

Şəhid olan Azərbaycan hərbçisi dəfn edilib

KepezTV Player

Erməni təxribatı nəticəsində şəhid olan Azərbaycan hərbçisi dəfn edilib. Şəhid İbrahim Vəliyev Zərdabın Gəlmə kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində Dövlət Sərhəd Xidmətinin zabitləri, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər. Xatırladaq ki,İbrahim Vəliyev Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayo­nunun Quşçu Ayrım kəndi istiqa­mətin­dəki sərhəd döyüş məntə­qəsinə diversiya cəhdinin qarşısı alınarkən şəhid olub.