• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1346
— 25.02.2020 12:38

Bu gün su çərşənbəsidir

KepezTV Player

Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsi qeyd olunur. Bu çərşənbəni  "Əzəl çərşənbə", "Sular Novruzu" da adlandırırlar. Artıq bu həftədən Su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlayır. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. İnanca görə "təzə su", yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır. Azərbaycanda martın 3-də Od, martın 10-da Yel çərşənbəsi olacaq. Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd ediləcək. Martın 19-u ölkəmizdə bayram axşamı, 20-si isə bayram günü olacaq.