• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1091
— 25.02.2020 12:32

Koronavirusla bağlı orta məktəblərə bəzi tapşırıqlar verilib

KepezTV Player

Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov koronavirusla bağlı rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) tapşırıq verib. Ümumi təhsil müəssisələrində tibbi-profilaktik tədbirlərlə bağlı məktəb kollektivi, şagirdlər və valideynlər arasında aktiv maarifləndirmə və izahat işləri aparılmalı, şagirdlər arasında respirator xəstəliklərin əlamətlərinin olub-olmamasına dair baxış keçirilməli, belə əlamətlər müşahidə olunduqda, bu şagirdlər ambulator müalicəyə yerləşdirilməli, məktəblərdə tibb otaqlarının zəruri tibbi ləvazimatlarla təchiz olunmasına, ümumi təhsil müəssisələrinin dezinfeksiyaedici və gigiyenik vasitələrlə təchiz olunmasına nəzarət artırılmalıdır. Eləcə də məktəblərdə aidiyyəti qurumlar tərəfindən sanitar-epidemioloji işlərin aparılmasına şərait yaradılması, həmçinin ümumi təhsil müəssisələri tərəfindən təşkil olunan kütləvi tədbirlərin məhdudlaşdırılması tapşırılıb.