• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2007
— 24.02.2020 19:11

Bədbəxt hadisə zamanı necə davranmalıyıq?

KepezTV Player

"Ev yanaraq yararsız hala düşdü", "Yanğın zamanı həyatını itirdi", "Fərdi yaşayış evi yanaraq kül oldu" kimi xəbərlər eşidirik. Heç şübhəsiz ki, bədbəxt hadisələrin ən qoruxulu tərəflərindən biri insan həyatına son qoymasıdır. Təcrübə göstərir ki, ən böyük təhlükə baş verən hadisənin özü yox, onun yaratdığı xofdur. İnsanların qorxudan nə etdiyini bilməməsi bəzən onlara həyatı bahasına başa gəlir. Bəs, yaranan hər hansı bir hadisə zamanı nə etməliyik? Necə davranmalıyıq ki, həyatda qalma şanslarımızı artıraq?

Baş verən bədbəxt hadisə zamanı insanların necə davranması barədə az biliklərə malik olması fövqəladə vəziyyətlərdə xilas olmaq riskini minimuma endirir və bu halda situasiyadan çıxış yolunun düzgün şəkildə seçilməməsi vəziyyəti daha da gərginləşdirir. Nəticədə ehtiyyatsızlıq ucbatından həyatını itirənlər də kifayət qədərdir.

Mütəxəssislər deyir ki, qaz cihazlarından təlimata uyğun düzgün istifadə edilməməsi səbəbindən insan itkisi və xəsarət alma ilə nəticələnən partlayış, yanğın, zəhərlənmə kimi bədbəxt hadisələrin baş verməsi də qaçılmazdır. Bəs görəsən, yanğınla üzləşmiş adam nə etməlidir?

Baş verə biləcək hər hansı bir hadisə zamanı soyuqqanlı olmaq üçün bu davranış qaydalarını əvvəlcədən mənimsəmək lazımdır. Bu zaman biz psixoloji cəhətdən də hazırlıqlı olmuş olarıq.