• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1319
— 24.02.2020 19:12

Ət bazarında bahalaşma müşahidə olunur

KepezTV Player

Ümumiyyətlə bir qisim insanlar var ki, ət yeməyin sağlamlıq üçün ziyan olduğunu güman edərək ondan birdəfəlik imtina ediblər. Bəziləri də ətin qiymətinin baha olmasını səbəb göstərərək ət məhsullarını çox da istehlak etmirlər. Bəs ət bazarında vəziyyət doğurdanmı əl yandırır? Əməkdaşımız Valeh Anaroğlunun materialında Gəncənin ət bazarında müşahidə olunan vəziyyət tanış olacıq. İzləyək.

Gəncədə ət kəsimi məntəqlərində mal və qoyun ətinin qiyməti artıb. Mal əti ötən illə müqayisədə 1 manat - 1 manat 50 qəpik, qoyun əti isə 2 manat bahalaşıb. Ət satışı ilə məşğul olanlar qiymətlərin qalxmasını belə izah edir.

Adil Qasımov - qəssab: Dana əti 10 manat 50 qəpik, quzu əti 13 manatadır. Vətəndaşlarda gəlib özləri seçim edirlər. Bahalaşma hiss olunur. 50 qəpik, 1 manat fərq var. Yaxşı olar ki, bütün mal bazarları hər bazar günü eyni məkanda təşkil olunsun. Hər dəfə fərqli günlərdə, fərqli məkanlarda olur, cümə günü Bərdədə, şənbə günü Gəncədə, bazar günü Tərtərdə. Ancaq eyni məkanda olsa, bolluq olar. Qiymətə də təsir etməz.

Ölkədə mal-qaranın fiziki durumunu, təminatını ödəyəcək qədər yem istehsal edilmir. Yem bazası kifayət qədər olmadığından ət istehsalını artırmaq, qiymətlərin ucuzlaşmasına şərait yaratmaq da mümkün deyil. Bunu ekspert deyir.

Suliddin Abbasov - ekspert: Yerli heyvanlara nisbətən, yüksək məhsuldarlıq verən ətlik istiqamətli cins heyvanlardan təsərrüfatlarda istifadə etmək daha səmərəlidir ki, ətin maya dəyəri ucuz başa gəlsin. Təklif edirəm ki, yüksək məhsuldarlığa malik yerli cinslər olan, Aberdin-anqus, santa-hertruda, branqus kimi cinslərdən, kuba brahmanından və eyni zamanda yem qarışıqlarından almaq məqsədə uyğundur ki, biz burada istifadə edək, yem istehsalının maya dəyərini aşağı salaq.

2019-cı ildə ölkəyə ət idxalı 2 dəfə, bu ilin yanvar ayında isə 4 dəfədən çox artıb. Kəsim üçün idxal edilən mal-qaranın sayı da əvvəlki ilə nisbətən 4 dəfə çoxdur. Ölkəyə idxal edilən ətin həcmi artıbsa yerli kəsimi də üzərinə gəlsək, ətin qiyməti enməli idi. Deməli, ət istehsalı kəskin səviyyədə azalıb ki, idxal belə, qiymətin ucuzlaşmasını təmin edə bilmir.

Mütəxəssislər ətin qiymətinin bahalaşmasını yem texnologiyasından istifadə ilə əlaqələndirirlər. Məsələ burasındadır ki, ölkəmizə yeni cinslər də gətirilərsə, ətin qiymətinin aşağı salınmasına nail oluna bilər.