• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1049
— 24.02.2020 16:18

İki qrupluq bağça 80 nəfərlik oldu

KepezTV Player

Samuxun Əhmədbəyli kəndində körpələr evi-uşaq bağçasının imkanları genişləndirilib. Ötən il əsaslı təmirdən sonra istifadəyə verilən tərbiyyə müəssisəsində tələbat çox olduğundan daha iki qrup yaradılıb. Əvvəllər 40 uşağın tərbiyyə aldığı bağçada iki qrup oldu]u halda bu gündən körpələrin sayı 80-ə çatıb. Bununla da Əhmədbəyli kəndi ilə yanaşı Aşağı və Yuxarı Ağasıbəyli kəndinin sakinləri də öz ovladlarını sözügedən körpələr evi-uşaq bağçasına etibar etmək imkanı qazanıb. Bağçada bütün otaqlar bərk və yumşaq inventarla təchiz olunub, mərkəzi qazanxana sistemi yaradılıb. Yaradılan şəraitlə tanış olan rayon rəhbərliyi körpə fidanların istedadlarına tamaşa edib. Uşaqlara günün tələbləri səviyyəsində xidmət göstərilməsi üçün müvafiq tövsiyyələr verilib. 

Şəms Məmmədbəyova - Əhmədbəyli kənd körpələr evi-uşaq bağçasının müdiri: Bizim qrupların açılmasına çox böyük təlabat vardır. Başqa kəndlrədəndə bizə uşaqlar gəlir. Bağçamızda çox gözəl şərait var. Standrtalara tam cavab verir.

 

Natiq Hüseyn