• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1171
— 24.02.2020 12:23

“Bu qan yerdə qalmaz” müsabiqəsi

KepezTV Player

Xocalı soyqırımın 28-ci il dönümü ilə əlaqədar Xocalı rayon məktəbliləri arasında inşa yazı müsabiqəsinin qaliblər mükafatlandırılıb. “Qələmimizi süngüyə çevirək” devizi altında “Bu qan yerdə qalmaz” mövzusunda keçirilən  yarışmada rayonun 12 məktəbindən 100-ə yaxın şagird iştirak edib. Müsabiqənin keçirilməsində məqsəd şagirdlərdə vətənpərvərlik ruhunu artırmaq, Xocalı soyqırımı haqqında daha geniş məlumat əldə etməkdir. Tədbirin sonunda inşa yazı müsabiqəsinin qaliblərinə diplom və xatirə hədiyyələri təqdim edilib.

Qalib Quliyev - "Xocalının səsi" qəzetinin redaktoru: Köçkün şəraitində yaşamağımıza baxmayaraq şagirdlər yazılarını göndərməyə imkan tapdılar və bu müsabiqədə iştirak elədilər. Mübariz ruhda yazılmış, bədii estetik cəhətdən yüksək olan, qısasa səsləyən  yazılar qaliblər sırasına daxil olundu.

Aytən Kərəmli - şagird: Mən bunu yazmaqla dünyaya çatdırmaq istəyirdim ki, bizim qısasımız yerdə qalmıyacaq. Xocalının səsini bütün dünyanın eşitməsini istədim.