• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 800
— 24.02.2020 12:16

Magistraturaya qəbul imtahanı keçirilib

KepezTV Player

Dövlət İmtahan Mərkəzi Bakı, Gəncə, Naxçıvan, Mingəçevir və Lənkəranda  Azərbaycanın ali təhsil müəssisələri, eləcə də AMEA-nın magistraturalarına  qəbul imtahanı keçirib. Proses respublika üzrə 49 imtahan binasında reallaşıb. Bakalavrlara sualların cavablandırılması üçün 3 saat vaxt verilib. Gəncədə 4 binada keçirilən imtahanda iştirak üçün 1189 bakalavr qeydiyyatdan keçib. İmtahanların idarə olunmasına 11 imtahan rəhbəri, 146 nəzarətçi-müəllim cəlb olunub. Qaydaları pozduğu üçün 1 bakalavr prosesdən kənarlaşdırılıb. Həmin şəxs özüylə danışıla bilən qol saatı gətirdiyi üçün imtahandan xaric edilib.