• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2300
— 22.02.2020 16:34

Ümumşəhər iməcliyində yeni yaşıllıqlar salınıb

KepezTV Player

Gəncədə ümumşəhər iməcliyi keçirilib. Aksiya zamanı bütün parklarda olan ağaclara, yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Şəhərin Heydər Əliyev, Nizami Gəncəvi prospektlərinin eləcədə hava limanına gedən yolun kənarlarına ümumilikdə 20 min kv metr yaşıl çim döşənib. Bundan başqa müxtəlif növ yerli iqlim şəraitinə uyğun olan həmişə yaşıl ağaclar və mövsümü gül-çiçəklər əkilib.

Elşad Əsgərov Gəncə Şəhər MKTİ-nin rəis müavini:Hər gün stabil olaraq bütün yaşıllaşma zonası suvarılır. Dünən şəhərə 70 maşın su verilib. Həmçinin suvarma qurğularımız var onlardan da istifadə olunur. Torpağın oyanan vaxtıdır ona görədə bu tədbirləri həyata keçirməyə başlamışıq”.