• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2133
— 22.02.2020 16:30

İrandakı koronavirusa görə Azərbaycan gömrükdə nəzarəti daha da gücləndirib

KepezTV Player

Çində aşkarlanan, dünyanın bir sıra ölkələri ilə yanaşı, qonşu İranda da müşahidə olunan koronavirus epidemiyasına qarşı həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində Azərbaycanın gömrük-sərhəd keçid məntəqələrində nəzarət tədbirləri daha da gücləndirilib.Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, İrandan ölkə ərazisinə daxil olan şəxslərin bədən hərarəti sərhədi keçən anda, inzibati binaya daxil olmadan portativ termometrlərlə yoxlanılır. Bu məqsədlə gömrük-sərhəd keçid məntəqələri əlavə 20 ədəd portativ termometrlə təchiz olunub. Eyni zamanda, təcili tibbi yardım avtomobilləri birbaşa postların ərazisinə cəlb olunub və 24 saat növbəli rejimdə fəaliyyət göstərirlər.