• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1248
— 21.02.2020 19:28

Toxumçularla görüş keçirilib

KepezTV Player

Kənd Təsərrüfatı Nazirliyi nəzdində  Azərbaycan Toxumçular Assosiasiyası Göygöl, Samux, Daşkəsən və Şəmkirdən olan  toxumçularla görüş keçirib. 100-ə qədər toxumçuluq təsərrüfatının daxil olduğu Assosiasiyasının əsas məqsədi fermerlərlə Nazirlik arasında əlaqələndirici rolunu oynamaq, toxumçuların üzləşdikləri çətinliklərin həllinə dəstək vermək, əməkdaşlıq etməkdir. Tədbir iştirakçılarına toxumçuluqla bağlı yeni qanun layihəsi barədə məlumat verilib, toxumçular yüksək keyfiyyətli, məhsuldar və sertifikatlı toxum istehsal etməyə çağırılıb. Görüşdə Assosiasiyanın Dövlət Toxum Fondu və Aqrar Xidmətlər Agentliyi ilə əməkdaşlıq etdiyi də bildirilib. Daha sonra toxumçuluğun inkişafı istiqamətində toxumçularla müzakirələr aparılıb, onların rəy və təklifləri dinlənilib, sualları cavablandırılıb. Analoji görüş bundan əvvəl Şamaxı, Şəki və Tovuzda keçirilib.

Afər Hacıyev - Azərbaycan Toxumçuluq Assosiasiyasının sədri: Bir çox hallarda onlar təzə qanun layihəsində nə etmək lazımdır onun tələblərinə cavab verən problemlərlə bağlı onları əsas maraqlandırılır.Bizdə onları yetərincə maarifləndiririk və yolunu göstəririk ki, təzə qanun layihəsinə əsasən onlar hansı tədbirləri görəcəklər, hansı sənədləri hazırlayacaqlar ki, onlar gələcəkdə subsidiya alanda problem yaşamasınlar.

Taleh Hüseynov - toxumçuluq təsərrüfatının rəhbəri: Ötən il 70 hk taxıl əkmişdim ki, ondan da 40 sentner məhsul götürdüm. Bu il 55 hk toxum taxıl əkmişəm quraqlıq illərinə baxmayaraq yaxşı gözlənilir. Bu il 40-45 sentner toxum taxıl götürməyə ümidim var.