• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1868
— 21.02.2020 16:17

Soyqırımdan ötən 28 il

KepezTV Player

Xocalı soyqırımının 28-ci ildönümü Goranboyda Xocalıdan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Aşağı Ağcakənd qəsəbəsindəsində anılıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən realaşan tədbir Xocalı abidəsini ziyarətlə başlayıb. Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xocalı soyqırımının erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik düşmənçiliyin növbəti mərhələsi olduğu, yerlə yeksan edilən şəhərin dinc əhalisinə misli görünməyən divan tutulduğunu diqqətə çatdırıb. Xocalı soyqırımına siyasi qiymətin verilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlılığı, Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsində 1992-ci ilin fevralında baş verənlərin dünyanın bir sıra ölkələrində soyqırım kimi tanındığı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət” kampaniyasının bütün dünyanı əhatə etdiyi vurğulanıb. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirəsi zamanı Prezident İlham Əliyevin Xocalı soyqırımı haqqında həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdığı xatıladılıb. Xocalıdan olan məcburi köçkün məktəblilər tərəfindən şeirlər səsləndirilib, “Qırmızı nitq” filmi nümayiş edilib. Bunda sonra Xocalı soyqırımı zamanı həlak olanlar üçün ehsan süfrəsi təşkil olunub.