• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1705
— 21.02.2020 15:41

Göygöldə oğurluq edən şəxslər saxlanılıb

KepezTV Player

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Yeni Zod kəndindəki evlərdən birindən oğurluq edən şəxslər saxlanılıb. Rayon sakinləri,  31 yaşlı Xəyal Orucov, 28 yaşlı Elvin  Məmmədov, 35 yaşlı Ərşad İsmayılov və əvvəllər məhkum olunmuş Təbriz İsmayılov həmkəndlilərinin evinə gizli yolla daxil olaraq həyətyanı sahədən 2000 manat dəyərində su mühərrikini və 650 manat dəyərində qaynaq aparatını oğurlayıblar. Qrup üzvlərindən üçü saxlanılaraq istintaqa təhvil verilib. Ərşad İsmayılovun yerinin müəyyənləşdirilib istintaqa təqdim edilməsi istiqamətidə tədbirlər davam etdirilir.

Elvin Məmmədov - saxlanılan şəxs: Kənddə qonşunun qapısı açıq idi. Orada mator gördük. Axşam içəri daxil olub götürdük. Tanış uşaq var idi ona zəng etdik gəldi bizi götürdü. Gətirib Gəncədə matoru metal əritmə sexinə verdik.

Təbriz İsmayılov - saxlanılan şəxs: Mən oğurlamamışam. Sadəcə maşın şəhərə düşürdü məndə şəhərdə düşürdüm. Maşının sahibi ilə danışıblar ki flan yerdən bizi də götür. Qoydular yük yerinə yolda soruşduq nədi. Dedilər oğurluq matordur.

 

Natiq Hüseyn