• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 919
— 21.02.2020 15:32

“Vətənin müdafiəsinə hazıram!” devizi altında tədbir keçirilib

KepezTV Player

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Goranboy Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” devizi altında Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunan kütləvi tədbir keçirib.  Ümummilli Lider Heydər Əliyevin abidəsi və Xocalı qətliamı qurbanlarının xatirə kompleksi yad edilib. Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində görülən işlərdən söz açıb. Prezident İlham Əliyevin qayğısı sayəsində gənclərin inkişafı üçün hərtərəfli şəraitin yaradıldığını qeyd edib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev 28 il əvvəl Xocalı soyqırımın insanlığa qarşı törədilmiş ən qatı cinayətlərdən biri kimi tarixə həkk olunduğu vurğulayıb. Gənclərin soyqırım həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində rolundan danışıb. Tədbirdə məktəblilər arasında “Vətənin müdafiəsinə hazıram!” adı altında keçirilən inşa müsabiqəsinin qaliblərinə Dövlət Xidmətinin diplomları və xatirə hədiyyələri təqdim edilib. Tədbir məktəblilərin və mədəniyyət işçilərinin vətənpərvərlik ruhunda hazırladıqları  ədəbi-bədii kompazisya ilə davam edib.

 

Natiq Hüseyn