• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3181
— 21.02.2020 10:52

Hyundai i20. Yeni təfərrüatlar

Bu gün Hyundai şirkəti yeni i20 hetçbekinin interyerinin şəklini dərc edərək və Avropada satılacaq modelin mühərrik çeşidi barədə məlumatla bölüşüb.

Salona gəldikdə isə, interyer daha müasir olub: yeni hetçbek, multimedia sisteminin 10,25-düymlük sensorlu ekranına sahib olub. Avtomobilin təchiz edildiyi virtual cihazlar paneli də eyni ölçülü ekrana malikdir. Modelin baza versiyaları multimedia sisteminin 8-düymlük displeyi ilə təklif ediləcək. Opsiyalar arasında LED ətraf işıqlandırması, smartfonların simsiz doldurulması, həmçinin səkkiz dinamikli Bose səs sistemi var.

Yeni Hyundai i20 modeli sələfindən 5 millimetr uzun, 30 millimetr geniş və 24 millimetr alçaqdır. Avtomobilin təkər bazası da 10 millimetr artıb. Nəticədə, arxa sərnişinlər daha iri məkan ilə təmin ediliblər. Artımdan baqaj bölümü də nəsibini alıb:  onun həcmi 25 litr artaraq 351 litrə çatıb.

Avropa bazarında satılacaq hetçbekin mühərrik çeşidinə 100 və ya 120 at qüvvəsi hasil edən 1,0-litrlik üçsilindrli benzin turbomühərrikləri daxil edilib. 120 at qüvvəli mühərrik 48-voltluq şəbəkədən qidalanan startyor-generatora malik olan “yumşaq” hibriddir. 100  at qüvvəli mühərriki də, opsional olaraq, startyor-generator ilə təchiz etmək mümkündür.

Yeni Hyundai i20 hetçbeki çoxsaylı elektron yardımçılara da malik olacaq. Üçüncü nəsil Hyunai i20 modelinin təqdimat mərasimi 3 mart tarixində Cenevrə avtosalonunda keçiriləcək.