• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1806
— 20.02.2020 20:47

Əkin sahələrini suvarmaq üçün tədbirlər görülür

KepezTV Player

Uzunluğu 25 km olan Ərəbli su kanalının lildən təmizlənməsinə və cari təmir işlərinə fevralın əvvəlindən başlanılıb.Görülən işlər çərçivəsində kanalın 1 km-ə yaxın ərazisi tamamilə lildən təmizlənilib, kanal qazaılaraq eni 4 metrə dərinliyi isə 1 metrə çatdırılıb. 3,5 kub metrmetr su götürümü olan və 925 ha əkinə yararlı torpaq sahəsini suvaran kanalın bir neçə gündən sonra kənar və üst qatında  beton tökmə işlərinə başlanılacaq. Bununla paralel Göygöl Suvarma Sistemləri İdarəsinin xidmət etdiyi Xan arxında da cari təmir bərpa işləri aparılır.

Xəyal Bağırov Göygöl Suvarma Sistemləri İdarəsinin mühəndisi:Kanalların lildən təmizlənməsi işləri də paralel olaraq aparılır. Qeyd etmək istəyirəm ki, Xan arxı və Ərəbli kanalı üzərində yerləşən hidrotexniki qurğuların da təmir bərpa işləri görülür. Ərəbli kanalı üzərində görülən işlər b su itkisinin minuma endirilməsi üçün kanal beton üzlük örtülür

Ümumilikdə Göygöl Suvarma Sistemləri İdarəsi rayonun əkinə yararlı 15 min 200 hektar torpaq sahəsinə xidmət edir.  Torpaq mülkiyyətçilərin suvarmada  çətinlik çəkməməsi üçün qabaqlayıcı tədbirlər onların ürəyincədir.

Cəmil Məmmədov torpaq mülkiyyətçisi:Göygöl rayonunda yaşayıram, 16 sot torpaq sahəm var. Ağac əkmişəm bir də tərəvəzlə məşğul oluram. Suvarma ilə də heç bir problemim yoxdu, hər şey yaxşıdı. Artezian uzq olduğu üçün arx suları ilə suvarırıq.

Göygöl rayonunda əkin sahələrini suvarmaq üçün 269 subartezian quyusundan, 10 su nasos stansiyasından və Şəmkir kanalından istifadə olunur. Nasos stansiyaları öz suyunu Gəncəçay, Kürəkçay və Qoşqarçaydan götürür. Sel və daşqınların  qarşısını almaq üçün hər üç çayda da qabaqlayıcı tədbirlər görülür. Çayların məcraları qaydaya salınır, suyun normal axınını təmin etmək və su itkisinin qarşısını almaq üçün təmizlik işləri aparılır.