• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1837
— 19.02.2020 15:23

"Google Maps"lə narkotik satan şəxslər saxlanılıblar

KepezTV Player

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıblar. Əməliyyat zamanı əvvəlcə paytaxt sakini İbrahim Əliyev tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 13 qram heroin, 5 qram isə metamfetamin aşkar olunaraq götürülüb. İ.Əliyev ifadəsində pulu ödəniş terminalı vasitəsilə Biləsuvar rayon sakini İmamverdi Hüseynovun bank kartına yüklədikdən sonra narkotik vasitəni onun mobil telefonuna “Google Map” tətbiqi vasitəsi ilə göndərilən ünvandan götürdüyünü bildirib. Keçirilən əməliyyat nəticəsində İmamverdi Hüseynov da yaşadığı Biləsuvar rayonunda tutularaq istintaqa təqdim edilib. O, ifadəsində narkotik vasitələrin ölkə ərazisində satışını şəxsiyyəti istintaqa məlum olmayan Şirzad adlı İran vətəndaşının təşkil etdiyini və bu yolla əldə edilən pulların isə onun plastik kartlarında toplandığını bildirib. İ.Hüseynovun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı təmiz çəkisi 525 qram olan heroin, 130,503 qram tiryək, yaşadığı evdən isə narkotik vasitələrin satışında istifadə etdiyi müxtəlif şəxslərə məxsus plastik kartlar, narkotik vasitələrin dövriyyəsinin hesabatının aparıldığı qeydiyyat kitabçaları aşkar edilərək götürülüb.