• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1309
— 19.02.2020 10:52

Audi RS4 Avant «bürünc» versiyaya sahib olub

Audi şirkəti 450 at qüvvəli RS 4 Avant modelinin Böyük Britaniya bazarı üçün nəzərdə tutulan xüsusi seriyasını təqdim edib. Bronze Edition adlandırılan seriyanın tirajı 25 nüsxədən ibarət olacaq.

Məhdud sayda buraxılacaq Audi RS 4 Avant Bronze Edition universalını qara tərtibata malik olan Vesuvius Grey rəngli kuzovu, bürünc rəgnli 20-düymlük təkər diskləri və idman buraxılış sistemi  sayəsində tanımaq olar. Salonun tərtibatında buruc rəngli tikişlərə malik olan nappa dərisindən və karbondan  istifadə olunur. Qeyd etmək gərəkdir ki, salondakı dəri ilə örtülən elementlərin sayı adi RS 4 Avant modelində olduğundan daha çoxdur.

Bununla birlikdə, xüsusi «bürünc» versiyası yalnız görünüşüi ilə fərqlənir – o, daha zəngin avadanlıq siyahısına malikdir. Audi RS 4 Avant Bronze Edition modeli standart olaraq açarsız giriş, baqaj qapağının toxunuşsuz açılması funksiyası, dairəvi müşahidə sistemi, MMI mediasistemi vasitəsilə tənzimlənən LED fon ilə işıqlandırması və 19 dinamikli 755 vatlıq Bang & Olufsen səs sistemi ilə təchiz edilir. Bundan əlavə, RS 4 Avant Bronze Edition modeli matrisa fənərlərinə, masaj funksiyasına malik olan ön oturacaqlara, rəqəmsal cihazlar panelinə və qadjetlərin induksion doldurulması sisteminə sahib olub.

Yenilənən RS4 Avant modeli 450 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edən, iki turbomühərrikli 2.9 litrlik V6 mühərriki ilə hərəkətə gəlirr. Transmissiya - səkkiz pilləli «avtomatdır».  «Bərkgedən» universal  100 km/saat həddinə 4.1 saniyə sürətlənir.

Britaniyada Bronze Edition modelinin satış qiyməti 82.395 funt sterlinq təşkil edir.