• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1417
— 17.02.2020 11:03

Rusiya dünyada ən sürətli helikopterini təqdim etdi

Dünyada yeganə nümunə olan bu helikopterin sürəti 368 km/saatdır.

Mi-35P (Phoenix), ən sürətli hücum helikopterlərindən biri kimi tarixə düşən əfsanəvi "Timsah" ləqəbli Mi-24 helikopterinin təkmilləşdirilən versiyasıdır. Yeni helikopter sələfinin əsas xüsusiyyətlərini saxlayaraq,  bütün güc quruluşunu və zirehli müdafiəsini 50 il əvvəlki orijinal modeldən götürüb. Naviqasiya və hədəf sistemi isə modernləşdirilib və bütün genişmiqyaslı dəyişikliklər daxildə aparılıb.

Helikopterin maksimum uçuş sürəti, hamar gövdə, uzun qanad və qatlanan şassi olan xüsusi tikinti forması sayəsində əldə olunub.

Mi-35P-in korpusu 10 km məsafədə tam qaranlıqda hədəfləri aşkar etməyə imkan verən xüsusi bir cihazla təchiz olunub. Helikopterin idarəetmə sistemi isə avtomatik enmə, havaya qalxma və havada dayanmaq kimi bütün müasir funksiyalara sahibdir. Bütün bunlar bir düyməni basmaqla işləyir.

İndi Mi-35P Phoenix tək bir nüsxədə mövcuddur. O, müxtəlif situasiyalarda  sınanıldıqdan sonra kütləvi istehsala başlanılacaq.