• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1432
— 17.02.2020 11:01

Ford Mustang Mach-E Avropada debüt edib

Ford şirkəti Mustang Mach-E elektrik krossoverini rəsmi olaraq təqdim edib. Elektromobilin yürüş ehtiyatı 420 - 600 km, elektrik mühərriklərinin gücü isə 258 - 338 at qüvvəsi arasında dəyişir. Avropa bazarında satılan versiya zahiri cəhətdən şaquli hissələri çıxarılmış gündüz hərəkət işıqları, habelə yalançı radiator barmaqlığının qara konturu ilə fərqlənir.

Növbəti iki versiya tam ötürməyə malik olacaq. Onlardan birincisi standart batareya və ümumi hasilatı  258 qüvvəsi və 581 Nm fırlanma anı olan iki elektrik mühərriki ilə təchiz ediləcək. Bu modifikasiyanın yürüş ehtiyatı 420 km olacaq. Elektrik mühərriklərinin hasilatə 338 at qüvvəsi və 581 Nm fırlanma anı olan ikinci versiya isə 540 km məsafə qət edəcək. Baza batareyasını 80 faizədək doldurulmasına 38 dəqiqə, "tutumlu" versiyanın isə 44 dəqiqə tələb olunur. Birinci variantı 115 kVt, ikinci isə 150 kVt qədər gücü olan dəyişən cərəyan mənbəyinə qoşmaq olar.

Şirkət keçən həftə elektrik krossoverinin əvvəlcə ABŞ bazarında deyil, Avropada satılacağını bəyan edib.