• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1695
— 15.02.2020 16:35

Gəncədə tutulan şəxsin evində 4 kq-dan çox narkotik aşkarlanıb

KepezTV Player

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının Gəncə şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Samux rayon sakini Y.Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış keçirilib. Oradan kokain və tramadol həbi, eləcə də sərnişini, həmyerlisi E.Qarayevdən heroin, metadon, metamfetamin, 1 ədəd saxta olması ehtimal olunan 100 manatlıq pul əskinası və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.Qarayevin yaşadığı evdən isə əlavə olaraq 4 kiloqram 114 qramdan artıq marixuana götürülüb.