• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2266
— 14.02.2020 15:26

Binada yanğın: xəsarət alanlar var

KepezTV Player

Zaqatala səhəri yanğınla açıb. Alov çoxmənzilli yaşayış binasında meydana gəlib. Tüstüdən zəhərlənənlər var.

Zaqatalada səhər saatlarında beşmərtəbəli yaşayış binasında yanğın baş verib.  Hasdisə Cəfər Cabbarlı küçəsində qeydə alınıb. Yanğın binanın zirzəmisində başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti, müvafiq qurumların nümayəndələri cəlb edilib. Yanğının ardınca güclü tüstülənmə baş verib.  Sakinlər yanğınsöndürənlərin köməyi ilə təxliyyə ediliblər. Binada yaşayan 51 yaşlı Rüfət Qazıyev və 83 yaşlı Gülzar İsmayılova zəhərlənmə əlamətləri ilə Zaqatala RMX-ya çatdırılıb. Xəstəxanada hər iki şəxsə də ilkin tibbi yardım göstərilib.  Daha bir neçə sakinə isə elə əraziyə cəlb edilən tibbi yardım briqadaları yerindəcə yardım göstərib. Yanğının və tüstünün qarşısı alınıb.

Hazırda aidiyyatı qurumlar ərazidə lazımi təhlükəsizlik tədbirləri həyata keçirir.  Hadisə yerinə Rayon icra hakimiyyətinin başçısı da baxış keçirib.