• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1916
— 14.02.2020 12:10

Ətraf mühiti qoruyaq

KepezTV Player

Günəş, su, hava bütün canlılar və insanın özü də təbiətin bir hissəsidir.Hər bir vətəndaşı öz təbiətini öyrənməli və sevməlidir.Onların yaşayışı da, sağlamlığı da təbiətlə bağlıdır.

Ekoloji,həmçinin ətraf mühitin çirklənməsi kimi problemlər bütün dünyanı narahat edən qlobal çətinliklərdən biridir. İnkişaf edən ölkələrdə bu problemin həllinə dair bir çox böyük layihələr həyata keçirilməkdə davam edir. Amma hələ də tam öhdəsindən gələ bilmək olmur.

Təəssüflə qeyd etməliyik ki, dünyada təbii qazın azlığı, tikinti və kənd təsərrüfatı işləri, eləcə də baxımsızlıq meşələri çox sıxışdırır. Yaşıllığa, meşələrə qarşı hücum insana qarşı yönələn ən ağır müharibədir. İnsan zəkası bunun üstəsindən asanlıqla gəlməyə qadirdir və insanlar təbiətin nizamını pozan, onun qədrini bilməyən, korlayan adamlara qarşı mübarizə aparmalı, təbiəti və onun gözəlliyini mühafizə etməlidirlər.

Kimsə təbiətin müdrik gözəlliyini özündə hiss edib onun mənasaını dərk eləməyi bacarırsa, o insan həyatda dəyərli bir xəzinə sahibidir,demişdir Albert Eynşteyn .Təbiət canlıların doğma evi, tükənməz sərvətidir .


Tellan Zeynalova