• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1668
— 13.02.2020 20:39

Məhsuldar heç-heçə

KepezTV Player

Gəncə şəhər stadionunun ev sahibliyi etdiyi görüş Gəncə klubunun qış fasiləsindən sonra doğma divarlar arasında ilk oyunu olub. Yenilənmiş və daha da güclənmiş “Kəpəz” əvvəlki turda qazandığı qələbə ilə uğurlu çıxışın davamını gətirmək üçün 3 xal ümidiylə meydana çıxıb. Amma görüş ev sahibləri üçün yaxşı başlamayıb. 11-ci dəqiqədə referi kobudluğa görə gəncəlilərin qapısına penalti təyin edib. Topa yaxınlaşan Elmir Rəhimzadə 11 metrliyi dəqiq yerinə yetirib. Bundan sonra təzyiqi artıran “Kəpəz” nəinki hesabı bərabərləşdirib, hesab da önə də keçib. İlk yarının sonlarına doğru əvvəlcə Tural Qürbətovla fərqi əridən Yaşar Vahabzadənin yetirmələri fasiləyə az qalmış 2-ci topu vurublar. Komandanın ən gənc futbolçusu Ümid Səmədov qısa istirahət öncəsi azarkeşləri razı salan hesabı müəyyənləşdirib. İkinci hissənin əvvəlində qonaqlar “Kəpəz”i yenidən məyus ediblər. Pərviz Azadov məhsuldar zərbə ilə yadda qalıb. Ruhdan düşməyən meydan sahibləri tezliklə toparlanmağı bacarıblar və az sonra 3-cü topu rəqib qapısından keçiriblər. Yeni transfer Tural Qürbətov dubl müəllifi olub. Amma Gəncə klubu hesabdakı üstünlüyünü sonadək qoruya bilməyib. “Keşlə” final fitinə saniyələr qalmış oyunda bərabərlik yaradıb. Bakılıların ilk qolunun müəllifi Elmir Rəhimzadə  yekun hesabı təyin edib – 3:3.