• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1883
— 13.02.2020 20:39

Damazlıq heyvanlara maraq artıb

KepezTV Player

Ötən il Samuxda vətəndaşlara dövlət xətti ilə güzəştli şərtlərlə əsasən Smental və Holştenfiliz cinslərindən olan inəklər verilib. Avstraliyadan gətirilən südlük və ətlik heyvanlar məhsuldarlığı ilə seçilərək günə 25 litrə yaxın süd verir. Soyuğa da davamlı olan inəklər ətlik baxımından da fermerlər üçün sərfəlidir.

Sahil Əliyev ferma işçisi:Bu mallar yerli heyvanlara baxanda fərqlidir. Yemini vaxtlıvaxtında versən  20-25 litr süd sağılır, məhsuldar heyvanlardı. Balasıda, ətliyədə yaxşıdı. Yerli mala baxanda sərf edir.

Lakin cins heyvanların əldə edilməsi üçün təsərrüfatlarda lazımı şərait yaradılmalıdır. Dövlət Aqarar İnkişaf Mərkəzinin əməkdaşları tövlə şəraitini araşdırıb, qiymətləndirib müsbət rəy verdikdən sonra fermer  heyvanları əldə edə bilər. Alınan heyvanların qiymətinin ilkin ödənişi  25 faiz, qalanı isə mərhələ ilə ödənilir. Artıq bu il üçün də müraciətlər var.

Qalib Əhmədzadə Samux DAİM-in heyvandarlıq sektorunun müdiri:Bu ildə heyvanların gətirilməsi nəzərdə tutulub. Artıq yanvar ayı üzrə 5 nəfər 20 baş heyvan almaq üçün bizə müraciət edib. Hələ ilin əvvəlidir. İlin sonuna kimi vətəndaşlar müraciət edəndə veriləcək.

Samuxda ümumilikdə 23 min 300 baş iri buynuzlu mal-qara var ki, bunun da 11 min 680-i sağılan inəkdir. İri buynuzlu heyvanların 10 mini isə xaricdən gətirilərək lizinq yolu ilə vətəndaşlara verilən cins inəklərdi. Həmçinin il ərzində 5 min 37 baş inək süni yolla  mayalandırılıb ki, bunlardan da 2245 baş buzov alınıb. Süni mayalanma yolu ilə alınan buzovlara görə fermerlərə dövlət tərəfindən 47 min manat pul ödənilib.