• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2020
— 13.02.2020 10:18

Yenilənmiş Citroen C3 hetçbeki debüt edib

Üçüncü nəsil Citroen C3 hetçbeki planlaşdırılan yeniləməyə məruz qalıb. C4 Cactus krossoverinin üslubunda dizayna malik olan yığcam model dəyişdirilən ön hissəni, eksteryerin 97 variantda tərtibatını, 11 elektron təhlükəsizlik sistemini və yeni Advanced Control oturacaqlarını əldə edib.

Bundan əlavə, hetçbek poliuretandan hazırlanan və yaddaşı olan yumşaq Advanced Comfort oturacaqları, ön parkinq sensorları, firma servislərinə çıxışı olan mediasistem, həmçinin 11 elektron təhlükəsizlik sistemi ilə təchiz edilir. Bunların arasında yoxuş köməkçisi, yol nişanlarını tanıma, avtomatik uzaq işıqlar, arxa görüntü kamerası, kor zonalara nəzarət və zolaqda saxlama funksiyaları da vardır.

Yenilənən Citroen C3 modelinin mühərrik çeşidinə üçsilindrli 1.2-litrlik PureTech benzin mühərriklərii, həmçinin 1.5-litrlik BlueHDi dizeli daxil edilib. Ən zəif benzin mühərriki və dizel aqreqatı beş pilləli mexaniki qutu, ən güclü turbomühərrik isə 6-pilləli mexaniki və ya avtomatik ötürmələr qutusu ilə birlikdə çalışırlar. Avropada yenilənən Citroen C3 üçün sifarişlərin qəbulu bir neçə aydan sonra başlanacaq. Avtomobillərin müştərilərə çatdırılması iyul ayına planlaşdırılır. Yenilənən modelin qiymətləri hələlik açıqlanmayıb.