• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2028
— 12.02.2020 16:12

Əhalinin sayı açıqlandı

KepezTV Player

Azərbaycan əhalisinin sayı 85651 nəfər və ya 0,9 faiz artaraq 2020-ci il yanvar ayının 1-nə 10 067 108 nəfərə çatıb. Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Ölkə əhalisinin 22,8 faizi Bakıda, 20,3 faizi Aran, 12,9 faizi Gəncə-Qazax iqtisadi rayonlarında yaşayır. Əhalinin bir kvadrat kilometrə düşən sayı 116 nəfər olub. Qeydiyyat şöbələri tərəfindən 2019-cu ildə 141 179 doğulan körpə qeydə alınıb. Onlardan 3 356-sı əkiz, 108-i üçəm, 8-i isə dördəm olub.