• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1276
— 12.02.2020 10:47

Çikaqo 2020: Chrysler Pacifica tam ötürməyə sahib olub və yenilənib

Chrysler şirkəti yenilənən Pacifica minivenini təqdim edib. Tam ötürməli transmissiya yalnız 291 at qüvvəsi hasil edən 3.6-litrlik V6 benzin mühərriki olan versiyalar üçün əlçatan olacaq. Tamötürməli miniven 20 mm artırılan klirensə, yenidən tənzimlənən asqıya və köndələn dayanıqlılıq stabilizatoruna malik olacaq. Ön təkərlər sürüşürsə və yaxud qaz pedalı kəskin şəkildə basılarsa arxa ox avtomatik olaraq qoşulacaq. Eyni atmosfer aqreqatı və bir cüt elektrik mühərriki olan qoşulan hibrid modifikasiya öndənçəkişli olacaq. Hibrid aqreqatlı Pacifica elektrik ötürməsi ilə təxminən 53 km məsafə qət edə bilər və 16 kVs tutumu olan batareyanı isə məişət elektrik şəbəkəsindən doldurmaq olar.

Yenilənən Pacifica miniveni 10.1-düymlük ekranı, 12 ədəd USB girişi, arxa sərnişinlərə yönəldilən FamCam kamerası və Amazon Alexa səs köməkçisi olan Uconnect 5 multimedia sistemi ilə təchiz edilir.  Bundan başqa, Pacifica karamel rəngli dəri ilə üzlənib, oturacaqları olan bahalı Pinnacle təchizatını əldə edib.