• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 703
— 11.02.2020 10:33

Çikaqo 2020: Toyota Highlander «idman» versiyasına sahib olub

Toyota şirkəti dördüncü nəsil Highlander modelinin aqressiv üslubda görkəmə malik olan XSE modifikasiyasını təqdim edib.

Toyota Highlander XSE modelini zahiri cəhətdən iri hava girişlərinə malik olan ön «dizayner» bamperi, radiator barmaqlığının fərqli tərtibatı, yeni yan ətəklər, səsboğucu sistemin cütlənmiş çıxış boruları, «antixrom» paketi və 20-düymlük iki rəngli təkər diskləri sayəsində tanımaq olar.

İnteryerdəki yeniliklər tərtibat xarakteri daşıyır: salonda karbonu xatırladan materialdan hazırlanmış dekor elementləri quraşdırılmış, oturacaqlar və qapı panelləri albalı-qara rəngində materiallar ilə üzləniblər.

Texniki cəhətdən ofrouder dəyişməyib: Highlander XSE 299 at qüvvəsi hasil edən 3,5-litrlik V6 benzin mühərriki və 8-pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilib. XSE modelini ön və ya tam ötürmə ilə sifariş etmək olar.

Toyota şirkətinin ABŞ-dakı nümayəndəliyi Highlander XSE modelinin satışlarının payızda başlanacağını bildirib. Qiymətlər satışların başlanmasına yaxın elan ediləcək, lakin idman modifikasiyasının ən bahalı Highlander modeli olacağı gözlənilir.