• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1728
— 09.02.2020 20:38

"Kəpəz" klubunun üzvləri seçkidə iştirak edib

KepezTV Player

Ölkəmizin ən köklü və tarixi iki klubundan biri olan “Kəpəz”in rəhbərliyi, məşqçiləri, futbolçuları və azarkeşləri öz iradəsini ortaya qoyaraq seçkilərdə iştirak edib, layiq bildikləri, seçdikləri namizədlərə səs veriblər. Klubun icraçı direktoru kimi parlament seckilərində ilk dəfə səsverməyə qatılan İlqar Nadiri prosesin tələblərə uyğun təşkil olunduğunu deyib.

Vaxtilə “Kəpəz”in oyunçu kimi şərəfini qoruyan, karyerasını bitirdikdən sonra məşqçi kimi doğma komandasına xidmət edən Mətləb Məmmədov səsverməyə oğlu ilə birlikdə gedib. Klubun 17 yaşlılardan ibarət komandasında işləyən Məmmədov səsvermə yaşına yeni çatan övladı ilə məntəqəyə gələrək fəallıq nümayiş etdirib.

“Kəpəz”in əsas komandasının kapitanı Əli Səmədov səsvermə hüququna malik olan komanda yoldaşları kimi etimad göstərdiyi namizədə səsini verib.

“Sarı-göylü” klubun sadiq azakeşi, fanklublarla əlaqələndiricisi vəzifəsində çalışan Elmar Əliyev də seçki prosesində iştirak edib. Şəhid qardaşı əvvəlcədən müəyyənləşdirdiyi, seçdiyi namizədin xeyrinə seçimini edib.

Gəncə klubunun inzibati və texniki heyətinin əməkdaşları da səsvermə üçün qeydiyyatda olduqları məntəqələrə gedərək səsvermə hüquqlarından yararlanıblar.