• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 964
— 07.02.2020 18:42

Məhəbbətin ömrü

KepezTV Player

Son dövlərdə xüsusi populyarlıq qazanan "Məhəbbət 3 il yaşayır" deyimi istər subay, istər də evli insanlar arasında tez-tez müzakirə olunur. Fərqli yanaşmalar, təzadlı fikirlər əslində, Frederik Beqbederin eyniadlı kitabından qaynaqlanır. Bu zaman belə bir sual ortaya yaşayır? Məhəbbət niyə 3 il yaşayır? Ümumiyyətlə, sevginin ömrü olurmu?

Məsələylə bağlı fərqli fikirlər səslənsə də, əksəriyyət sevgini azaldan əsas amilin birbaşa "evlilik" olduğunu düşünür.

Əslinə qalsa, sevmədən nigah bağlayıb birgə yaşayan insanları nəzərə alsaq, evliliyi ayaqda tutan başlıca amilin məhəbbət olmadığını rahatlıqla başa düşə bilərik.

Məhəbbət hissini dərindən qavramaq istəyənlər bədii ədəbiyyata üz tutmaqla yanaşı, orda qeyd edilən düşüncələri qeyd-şərtsiz qəbul edir, şəxsi həyatlarına tətbiq etməyə çalışırlar.

Psixoloqların təbirincə desək, sevgi bir hissdir və hisslər stabil olmur. Sözügedən duyğu zamanla bir formadan başqa formaya keçir. Amma bu onun tükənməsi anlamına da gəlmir. Yetər ki, məhəbbət hissini hörmət əvəz eləsin.