• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 903
— 07.02.2020 11:02

Kia Sonet modelini Nyu Dehlidə təqdim edib

Kia şirkəti yığcam Sonet krossoverini nümayiş etdirib.

Kia Sonet modeli, keçən ilin yazında debüt edən Hyundai Venue krossoverinin yaxın qohumudur. Hər iki avtomobilin dörd metrə yaxın olan uzunluğu güzəşt verilən avtomobillər siyahısına düşməyə imkan verir. Bununla belə, Sonet modeli Venue’dən korporativ üslubda olan orijinal kuzovu ilə seçilir.

Texniki cəhətdən Kia Sonet qohumu olan Hyundai Venue modelini təkrarlayır. Venue Hindistanda üç mühərriklə təklif edilir. Bunlar 83 at qüvvəli 1,2-litrlik atmosfer mühərriki, 120 at qüvvəli 1,0-litrlik turbomühərrik və 90 at qüvvəli 1,4-litrlik turbodizeldir. Güc aqreqatları mexaniki qutu və bir muftalı sadə iMT «robotu» tandemdə çalışırlar. Ötürmə - ön oxadır. Çox güman ki, Sonet modelinin şassisi «idman» tənzimləmələrinə  sahib olacaq.

Hələlik, Kia Sonet yalnız Hindistan bazarında satılacaq.