• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1764
— 06.02.2020 20:13

"Vor Mahir" saxlanıldı

KepezTV Player

Qaradağ RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan qəsəbəsində yaşayan paytaxt sakini Mahir Yüzbəyov saxlanılıb. Onun mənzilinə baxış keçirilən zamanı ev sahibinə məxsus ümumi çəkisi 540 qram marixuana aşkar edilərək götürülüb.. Araşdırma zamanı M.Yüzbəyovun bir neçə gün əvvəl Qobustan rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilindiyi üçün saxlanılan Elman Nərimanova da narkotik vasitələr satdığı məlum olub.

Qeyd edək ki, Mahir Yüzbəyov yaşadığı Qobustan qəsəbəsində “Vor Mahir” ləqəbi ilə tanınır.Saxlanılan şəxs ifadəsində yaşadığı qəsəbədə narkotik vasitələrin satışı ilə məşğul olduğunu da etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.