• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2206
— 06.02.2020 20:27

Rayon birinciliyi keçirilib

KepezTV Player

Bölgə əhəmiyyətli turnir kikboksinq narkomaniya və uşaq cinayətkarlığına qarşı devizi altında təşkil olunub. Açılış mərasimində belə turnirlərin keçirilməsində əsas məqsədin gənc nəsli narkomaniyadan, cinayətkarlıqdan qoruyaraq, onları sağlam və milli ruhda yetişdirmək, Azərbaycan Silahlı Qüvvələrinə sağlam, döyüşkən əsgər hazırlamaq olduğu diqqətə çatdırılıb. İdmançılarımızın ölkə daxilində əldə etdikləri nailiyyətlərlə yanaşı beynəlxalq arenalarda da yüksək nəticələr qazandıqları qeyd olunub. Rəsmi hissədən sonra yarışa start verilib. Bununla da 6 yaş qrupunda 270 idmançı 55 çəki dərəcəsində mükafatlar uğrunda mübarizəyə qoşulub.

Turnirdə kadet və uşaqlar kikboksinq kiklayt, yeniyetmə gənclər loukik versiyasında döyüşüblər. “Samux” Kikboksinq Klubunun təşkilatçılığı reallaşan və ənənəvi xarakter daşıyan turnirdə  ev sahibləri və Gəncə idmançıları ilə yanaşı, müxtəlif şəhər və rayonların döyüşçüləri iştirak edib. Rinqdə Mingəçevir, Bərdə, Yevlax, Goranboy, Göygöl, Şəmkir, Ağstafa və Tovuz kikboksinqçiləri də bacarığını göstərib. Ümumlikdə yarışda 20 komandanın üzvləri vuruşub.

Yarışın nəticələrə əsasən, əldə olunan medalların sayına və əyarına görə Samux komanda hesabında birinci olub. Gəncə 2-ci yeri tutub. Mingəcevir və Bərdə komandaları 3-cü yeri bölüşdürüb. Turnirdə fəxri yerləri tutan idmançıları medal və həvəsləndirici hədiyyələrlə təltif olunub.