• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1263
— 06.02.2020 19:59

Magistraturaya qeydiyyat aparılır

KepezTV Player

Fevralın 3-dən ali təhsil müəssisələrinin magistraturalarına qəbulla bağlı qeydiyyat başlayıb. Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr Dövlət İmtahan Mərkəzinin internet saytının səhifəsində şəxsi kabinet yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan 50 AZN-i şəxsi kabinetindəki hesabına əlavə etməlidir. İmtahan 2020-ci il fevralın 23-də keçiriləcək və bakalavrlara ümumi intellektin məntiqi təfəkkürün inkişaf səviyyəsinin yoxlanılması üçün 50, o cümlədən açıq formalı 5, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı təqdim olunacaq. Qəbul imtahanında sualların cavablandırılması üçün iştirakçılara 3 saat vaxt ayrılır. Nnəticələrə əsasən müsabiqə şərtini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılacaq. Magistraturaya imtahan Gəncə ilə yanaşı Bakı, Naxçıvan, Lənkəran və Mingəçevirdə keçiriləcək.

Nəsimi Məmmədov DİM-in Gəncə Regional bölməsinin müdiri: Əvvəlki illərdə imtahanda iştirak edəb bakalavrların sayında çoxluq müşahidə edilmişdi. Bu il DİM tərəfindən bakalavrlar üçün sınaq imtahanı həyata keçildi. Əvvəlki illərdə də olur bu hallar ümumi vaxtın gecikməsi ilə  bağlı bakalvrla müraciət edir. Bu il magistraturaya sənəd qəbulu fevralın 13 23:59 kimi davam etdiriləcəkdi. Buna qədər sənəd təqdim etmiş bakalavrlar imtahana buraxılacaqdı. Gecikən bakalavrların imtahanda iştirakı təmin edilməyəcək.

Adilə Məmmədli bakalavr: 20015-ci ildə Gəncə Dövlət Universtetinin filalogiya fakültəsinin bitirmişəm. Magistraturaya hazırlaşıram, hər şey çox yaxşıdı, şəffafdı özümüz keçə bilirik.